aze rus eng
Yükləmək
   Xəbərlər
   Nəşrlər
   Kompaniya
   Xidmətlər
   Tariflər
   Üzvlər üçün
   Sistemli inteqrasiya
   İnternet
   Satış nöqtələri
   Hostinq
   Dizayn
   Sponsorluq
   Əlaqə
     Poçt
Login *
Parol *
Bizə zəng edin
(99412) 598-25-33
"AZERIN" MMC
AZERIN – İnternet xidmətləri və Sistemli İnteqrasiya
Şirkət haqqında

«AZERIN» MMC 1998-ci il, martın 6-da, Azərbaycan ərazisində qlobal İnternet şəbəkəsinə daxil olma xidmətlərini təmin etmək və verilənlərin ötürülmə şəbəkəsinin təşkil etmək məqsədilə yaradılmışdır.

Qısa müddət ərzində, yüksək keyfiyyətli və professional xidmət sayəsində, şirkət ölkənin telekommunikasiya bazarında aparıcı yerlərdən birini tutmağa nail olmuşdur.

AZERIN şirkətinin direktoru – Qalib Qurbanov eyni zamanda ölkənin əksər İnternet provayderlərini özündə birləşdirən Azərbaycan İnternet Cəmiyyətinin sədridir.

Rabitənin aparıcı sistem və texnologiyalarının istifadəsi sayəsində, AZERİN-in mövcudluğunu sifarişçinin istəyindən asılı olaraq Azərbaycanın istənilən regionunda reallaşdırmaq olar.

AZERINin abunəçiləri arasında – iqtisadiyyatın özəl və dovlət sektorunun subyektləri, həmçinin çoxsaylı xarici şirkətlər və fərdi istifadəçilər var.

Şirkətin vəzifəsi

- Geniş spektrli İnternet xidmətin göstərilməsi;
- Sistemli inteqrasiya;
- Müasir biznesin və dövlət idarəçiliyinin optimal funkisonallığını təmin edən informasiya - telekommunikasiya sistemlərinin və proqram məhsullarının yaradılması

Bu gün

AZERIN - İnternet qlobal şəbəkəsi xidmətlərinin təchizatçısıdır.

AZERIN - hesablama texnikası, proqram təminatı və aparıcı dünya istehsalçılarının telekommunikasiya və şəbəkə avadanlıqları sahəsində sistemli inteqratordur.

AZERIN - müştərilərin biznesinin texniki səviyyəsini mükəmməlləşdirən informasiya texnologiyaları sahəsində müasir və etibarlı həllər təklif edir

AZERIN - sonrakı zəmanət və servis xidməti ilə birlikdə Korporativ İnformasiya Sistemləri və “açar” informasiya ötürmə sistemlərinin tam dövri qurulmasını yerinə yetirir.

AZERINin müştəriləri – Azərbaycanın müxtəlif regionlarından olan şirkətlər və dövlət strukturlarıdır. Bizimlə dövlət təşkilatları, iri rabitə operatorları, banklar, neft va qaz müəssisələri əməkdaşlıq edirlər.

Göstərilən xidmətlərin əsasını təşkil edən keyfiyyət prinsipini rəhbər tutaraq , biz əsas gücümüzü peşəkarlıq, operativlik və etibarliliğa yönəldirik. Şirkətin korporativ siyasəti müştərilərlə uzunmüddətli, etibarlı münasibətlərə yönəldilib.

Yüksək texnologiyalar sahəsində ən son nailiyyətlərin istifadəsi, həmçinin yerli bazar spesifikasını çox gözəl anlama, müxtəlif mürəkkəblilikli məsələləri Cisco Systems, RAD Data Communications, IBM, APC, HP, ZyXEL, Allied Telesyn, 3COM, Alcatel, Avaya kimi avadanlıqlardan istifadə etməklə həll etməyə imkan verir.

AZERINin personalı – rabitə və informasiya texnologiyaları sahəsində yüksək ixtisaslaşdırılmış mütəxəssislər - öz müştərilərinə yüksək professional səviyyədə həll təklif edir və qarşılıqlı mənfəət əməkdaşlığı üçün bütün lazım olan imkanları yaradır.

Yığılmış təcrübə və gündəlik praktika sayəsində şirkət aşağıdakı sahələr üzrə uğurla fəaliyyət göstərir :

Sistemli inteqrasiya

- informasiya texnologiyaları üzrə konsultasiya ;
- şəbəkə və telekommunikasiya avadanlıqları ilə təchizat ;
- hesablama texnikası ilə təchizat ;
- əməliyyat sisteminin və sənaye səviyyəli VBİS sisteminin təchizatı ;
- sistem və proqram təminatının emalı ;
- müəssisələrin avtomatlaşdırılması xidmətləri ;
- istehsalat müəssisələri və topdan – pərakəndə satış şəbəkələri üçün   avtomatlaşdırılmış idarəetmə sistemlərinin emalı , quraşdırılması və xidmətləri ;
- proqnozlaşdırma, optimal planlaşdırma (immitasiyalı modelləşdirmə, riyazi   proqramlaşdırma, dinamik proqramlaşdırma, kütləvi xidmət nəzəriyyəsi, cədvəllər   nəzəriyyəsi, evristik analiz) ;
- avtomatlaşdırılmış hesabatlar (mühasibat, idarəetmə, vergi) ;
- dispetçerləşdirmə (diskret istehsalat üçün) ;
- quraşdırılmış avadanlığın qoşulması, sazlanması və nəzarəti ;
- sifarişçi personalın öyrədilməsi ;

Telekommunikasiya

- strukturlaşdırılmış kabel sistemləri ;
- daxil olmanın təşkili məsələsinin həlli (“sonuncu mil”) ;
- verilənlərin ötürülməsi üçün lokal və qlobal şəbəkələr ;
- simsiz radiodaxilolma şəbəkələri ;
- multiservis şəbəkələrin ərazi üzrə paylaşdırılması ;
- ənənəvi və İP telefoniya ;
- verilənlərin ötürülməsini təmin edən istənilən miqyaslı və mürəkkəbliliyə malik   multiservis, ərazi üzrə paylanmış korporativ şəbəkələrin təşkili ;
- ilin 365 , həftənin 7 günü, günün 24 saatı texniki dəstək.


Copyright © 2007 Azerin LLC