HAQQIMIZDA

AZƏRBAYCANDA İLK İKT ŞİRKƏTLƏRİNDƏN BİRİ

Azərbaycanın informasiya texnologiyaları bazarında ilk şirkətlərdən biri olan “Azerin” 1998-ci ildə qlobal internet şəbəkəsinə çıxış xidmətlərinin təqdim edilməsi və məlumatların ötürülməsi şəbəkələrinin təşkili məqsədi ilə təsis olunub.

Qabaqcıl sistem və texnologiyalardan istifadə, yüksək keyfiyyətli və peşəkar xidmət sayəsində şirkət qısa müddət ərzində ölkənin kommunikasiya bazarında aparıcı yerlərdən birini tutmağa müvəffəq olmuşdur.

“Azerin” şirkətinin Baş direktoru Qalib Qurbanov eyni zamanda ölkənin bir çox İnternet-provayderlərini birləşdirən Azərbaycan İnternet Birliyinin sədridir. 

“Azerin” şirkəti veb-saytların brendinqi, işlənib hazırlanması, dəstəklənməsi və irəlilədilməsi, onlayn oyunların, mobil əlavələrin və internet portalların yaradılması üzrə xidmətlər göstərir. Qabaqcıl texnologiyalardan istifadə bizə müxtəlif mürəkkəblikdə yüksək keyfiyyətli internet layihələrini yaratmağa imkan verir.

“Azerin” şirkəti tenderdə qalib gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının müasir, funksional və dünya təhlükəsizlik tələblərinə cavab verən saytının yaradılmasını uğurla həyata keçirmişdir.

Şirkətimizin həyata keçirdiyi layihələr arasında Bakı şəhərində otellərin və istirahət evlərinin on-layn bronlanması sisteminə malik internet-portalı, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi üçün işlənib hazırlanmış Müəllif Hüquqlarının Onlayn Qeydiyyatı Sistemini və Parisdəki “Azərbaycan evi” üçün Azərbaycan haqqında onlayn ensiklopediyanı qeyd etmək olar.

“Azerin” Dizayn-studiyasının hazırladığı veb-saytlar nüfuzlu NETTY 2009, NETTY 2011MilliNet 2014 internet mükafatların laureatı olmuşdur.


“Azerin” şirkətinin Baş direktoru Qalib Qurbanovun informasiya texnologiyaları sahəsində hazırladığı bəzi qanunvericilik aktlarının və normativ-hüquqi sənədlərin siyahısı:

- Azərbaycan genişzolaqlı internet xidmətlərinin inkişafı strategiyası (Lahiyə, 2013-cü il);

- İnformasiya informasiya sistemləri və informasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunu (Lahiyə, 2014-cü il);

- Jurnal “Информационное общество” № 4-5 2016 г.: “ИКТ- инфраструктура в странах СНГ”;

- Рекомендации по основным направлениям развития информационного обществa в Азербайджане” (2016-cı il);

- Dünya İqtisadi Forumunun toplusunda analitik məqalə: “World Economic Forum: The Global Information Technology Report 2012”: “Big Ambitions in Rapidly Changing Word: Azerbaijan”;

- İnformasiya sistemlərinin yaradılması dəyərinin qiymətləndirilməsi metodikası (2012-ci il) - Elektron imzanın tətbiqi zamanı yaranan mübahisəli halların həlli qaydaları və elektron imzanın həqiqliyinin yoxlanılması metodikası (Lahiyə 2010-cu il);

- Sertifikat Xidmətələri Mərkəzinin reyestrlərinin aparılması proseduru haqqında məlumat (2010);

- Sertifikat Xidmətələri Mərkəzinin mülki məsuliyyətinin sığorta qaydaları (2010-cu il);

- Sertifikat Xidmətələri Mərkəzləri göstərdiyi elektron imza xidmətləri üçün ödənişlərin miqdarının təyin olunması haqqında təlimat (2010-cu il);

- Milli Sertifikat Xidmətələri Mərkəzinin göstərdiyi elektron imza xidmətləri üçün ödənişlərin miqdarının təyin edilməsinin texniki-iqtisadi əsaslandırılması (2010-cu il).

MİSSİYAMIZ