Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player


Oxygen

Sina Otel

ITworld
....................................................




 

 Şirkət haqqında

AZERİN şirkəti Azərbaycan informasiya texnologiyaları bazarında ilk şirkətlərdən biridir. Şirkət 6 mart 1998-ci ildə Azərbaycan ərazisində İnternet qlobal şəbəkəsinə daxil olma xidmətlərinin təqdim olunması və məlumatların ötürülməsi şəbəkələrinin təşkili məqsədi ilə yaradılıb.
Qısa müddət ərzində, xidmətin yüksək keyfiyyəti və peşəkarlığı sahəsində, şirkət ölkənin telekommunikasiya bazarında aparıcı yerlərdən birini tutmuşdur. AZERİN şirkətinin baş direktoru Qalib Qurbanov eyni zamanda ölkənin bir çox İnternet-provayderlərini birləşdirən Azərbaycan İnternet Birliyinin sədridir.
Qabaqcıl sistemlərin və rabitə texnologiyalarının istifadəsinin köməkliyi ilə AZERİN-in dayaq nöqtələri Sifarişçinin sorğusu əsasında dərhal Azərbaycanın istənilən bölgəsində təşkil oluna bilər.

Şirkətin missiyası
- Geniş İnternet-xidmətlər spektrinin göstərilməsi
- Sistem inteqrasiyası
- Müasir biznesin və dövlət idarəetməsinin optimal fəaliyyətini təmin edən informasiya-telekommunikasiya sistemlərinin və proqram məhs...

 Xəbərlər
 AZERİN-nin baş direktoru Kievdə keçirilmiş forumda Azərbaycanı təmsil edib 10-12-2011 
Kiev Forum2011

AZERİN şirkətinin baş direktoru Qalib Qurbanov 8-9 dekabr 2011-ci il tarixində Kievdə keçirilmiş "MDB-nin və Şərqi Avropanın ərazisində informasiya-rabitə texnologiyalarının inkişafının perspektivləri" forumunda AİC-in sədri kimi iştirak və çıxışlar edərək Azərbaycanı təmsil etmişdir.
 Azərbaycanda elektron imza tətbiq olunacaq 09-09-2011 

Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Bu gündən etibarən Azərbaycanda elektron imzanın (“e-imza”) tətbiqinə başlanıb.

“APA-ECONOMICS”in xəbərinə görə, bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən tədbirdə nazir müavini İltimas Məmmədov çıxış edərək qeyd edib ki, “e-imza”nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq.

Artıq bir çox dövlət qurumlarında elektron xidmətlərin tətbiqinə başlandığını bildirən nazir müavini təəssüflə qeyd edib ki, bir neçə təşkilatın nəinki elektron xidməti, hətta internet saytı da yoxdur: “Onlar bu problemi aradan qaldırmaq üçün işləri sürətləndirməlidir. Belə ki, sentyabr-oktyabr aylarında elektron xidmətlərə keçidlə bağlı hökumət səviyyəsində müzakirələr aparılacaq. Ona görə də hər bir qurum bu xidmətləri tətbiq etməlidir”.

İ.Məmmədov “e-imza”nın qiymətlərini də açıqlayıb: “Fiziki şəxslər “e-imza”dan istifadə etmək üçün poçt şöbələrinin filiallarına müraciət etməli, müvafiq kart və avadanlığı əldə etməlidir. “e-imza” üçün fiziki şəxslər 1 illik 14 manat (ƏDV daxil), növbəti il üçün 8 manat, 3-cü il üçünsə bundan da ucuz ödəməli olacaqlar. Qonşu ölkələrdə bu göstərici qat-qat yüksəkdir. Bu tariflər yanvarın 15-nə kimi qüvvədə olacaq, ondan sonra tələbatdan asılı olaraq qərar veriləcək. Hüquqi şəxslər üçün qiymət 1 illik 60 manat, dövlət orqanlarında işləyənlər üçün 3 il müddətinə 135 manat (kart da daxil) təşkil edəcək. Gələcəkdə birdəfəlik və daha çox dəfəlik imzalı kartlar nəzərdə tutulur. Kartlar hələlik 3 il müddətinə qüvvədə olacaq”.

http://az.apa.az/news.php?id=233575

 NETTY 2011 22-08-2011 

NETTY "Azerin"-də!

 

Mayın 24-də Səməd Vurğun adına Rus Dram Teatrında NETTY 2011 Azərbaycan
Milli İnternet Mükafatının verilməsi mərasimi keçirilmişdir.

"AZERIN" dizayn-studiyası tərəfindən yaradılmış və dəstəklənən, Azərbaycan Respublikasının
Mərkəzi bankının www.cbar.az saytı ilin ən yaxşı Dövlət saytı adlandırılmışdır.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə, "AZERIN" MMC,
"Microsoft Azerbaijan"
"Ultra" şirkətlərinin konsorsiumuyla reallaşdırılmış "Elektron imza"
layihəsi İlin İT-Hadisəsi adlandırılmışdır.
 

 Azerin dizayn studiyanın sonuncu layihələr
 Azərbaycan Respublikasının Mərkəzi Bankı 24-09-2011 
www.cbar.az
Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi saytı
www.cbar.az
 "Trattoria Oliva" və "Red Olive Lounge" 20-09-2011 

www.trattoria-oliva.com
"Trattoria Oliva" və "Red Olive Lounge"
www.trattoria-oliva.com

 "Palma" İstirahət Mərkəzinin yeni saytı 17-09-2011 


Sayt Azerin dizayn
studiyasında yaradılıb
Copyright © 2009 Azerin LLC
Ətraflı məlumat üçün bu
nömrəyə zəng vurun:
(+99412) 598-25-33