Ana səhifə

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

e-services



Justice for Khojaly

..............................................................




 

 Şirkət haqqında

AZERİN şirkəti Azərbaycan informasiya texnologiyaları bazarında ilk şirkətlərdən biridir. Şirkət 6 mart 1998-ci ildə Azərbaycan ərazisində İnternet qlobal şəbəkəsinə daxil olma xidmətlərinin təqdim olunması və məlumatların ötürülməsi şəbəkələrinin təşkili məqsədi ilə yaradılıb.
Qısa müddət ərzində, xidmətin yüksək keyfiyyəti və peşəkarlığı sahəsində, şirkət ölkənin telekommunikasiya bazarında aparıcı yerlərdən birini tutmuşdur. AZERİN şirkətinin baş direktoru Qalib Qurbanov eyni zamanda ölkənin bir çox İnternet-provayderlərini birləşdirən Azərbaycan İnternet Birliyinin sədridir.
Qabaqcıl sistemlərin və rabitə texnologiyalarının istifadəsinin köməkliyi ilə AZERİN-in dayaq nöqtələri Sifarişçinin sorğusu əsasında dərhal Azərbaycanın istənilən bölgəsində təşkil oluna bilər.

Şirkətin missiyası
- Geniş İnternet-xidmətlər spektrinin göstərilməsi
- Sistem inteqrasiyası
- Müasir biznesin və dövlət idarəetməsinin optimal fəaliyyətini təmin edən informasiya-telekommunikasiya sistemlərinin və proqram məhsullarının yaradılması


Bu gün

AZERİN – İnternet qlobal şəbəkəsi xidmətlərinin təchizatçısıdır.
AZERİN – hesablama texnikası, proqram təminatı, aparıcı dünya istehsalçılarının telekommunikasiya və şəbəkə avadanlığı sahəsində aparıcı inteqrator.
AZERİN – müştərilərin biznesinin inkişafının texniki səviyyəsini təkmilləşdirən informasiya texnologiyaları sahəsində müasir və etibarlı həllər təklif edir.
AZERİN – Korporativ İnformasiya Sistemlərinin tam qurulması siklini və məlumatın «açar altına» ötürülməsi sistemlərini yerinə yetirir, sonradan onlara zəmanət və servis xidməti göstərir.
AZERİN-in müştəriləri Azərbaycanın müxtəlif bölgələrində şirkətlər və dövlət strukturlarıdır. Bizimlə dövlət təşkilataları, iri rabitə operatorları, neft və enerji sahəsi müəssisələridir.
“Əsas təqdim olunan xidmətlərin keyfiyyətidir” prinsipini rəhbər tutaraq, biz peşəkarlığa, operativliyə və etibarlılığa əsas diqqət yetiriik. Şirkətin korporativ siyasəti müştəri ilə uzunmüddətli, etibarlı əlaqələrin qurulmasına yönəlmişdir.
Yüksək texnologiyaları sahəsində ən yeni nailiyyətlərin istifadəsi, həmçinin yerli bazarın spesifikasiyasının fərqli başa düşülməsi Cisco Systems, RAD Data Communications, İBM, APC, ZyXEL, Allied Telesyn, 3COM, Alcatel, Avaya avadanlığının istifadəsi ilə müxtəlif mürəkkəblikdə məsələləri həll etməyə kömək edəcək.
AZERİN şirkətinin işçi heyəti – rabitə və informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislər – öz müştərilərinə yüksək peşəkar səviyyədə çıxış yolu təqdim edir və qarşılıqlı faydalı əməkdaşlıq üçün lazımi şərait yaradır.
Əldə olunmuş səriştə və gündəlik təcrübənin köməyi ilə şirkət aşağıdakı sahələrdə uğurla işləyir.

Sistem inteqrasiyası
- informasiya texnologiyaları üzrə məsləhətlər;
- şəbəkə və telekommunikasiya avadanlığının təchizatı;
- hesablama texnikasının təchizatı;
- əməliyyat sistemlərinin və sənaye sinfinə aid SBd təchizatı;
- sistem və tətbiqi proqram təminatının hazırlanması;
- müəssisələrin avtomatlaşdırılması üzrə xidmətlər;
- sənaye müəssisələri və topdan-pərakəndə şəbəkələri üçün avtomatlaşdırılmış idarə etmə sistemlərinin hazırlanması, tətbiqi və xidməti;
- proqnozlaşdırma, optimal planlaşma (imitasiya modelləşməsi, riyazi proqramlaşdırma, dinamiki proqramlaşdırma, kütləvi xidmət nəzəriyyəsi, cədvəl nəzəriyyəsi, evristik təhlil);
- avtomatlaşdırılmış uçot (mhasibat, idarəetmə, vergi);
- dispetçerizasiyası (diskret istehsallar üçün);
- təchiz olunan avadanlığın və PO quraşdırılması, işə salınması və müşayiəti;
- sifarişçinin işçi heyətinin tədrisi.

Telekommunikasiyalar
- struktur kabel sistemləri;
- daxilolma təşkili üzrə qərarlar («son mil»);
- lokal qlobal məlumat ötürülməsi şəbəkələri;
- naqilsiz radiodaxilolma şəbəkələri;
- əraziyə bölünmüş multiservis şəbəkələri;
- ənənəvi və İP telefoniya;
- istənilən miqyaslı və mürəkkəblikli məlumatların ötürülməsininin multiservis, ərazi-bölünmüş şəbəkələrinin təşkili;
- ildə 365 gün, həftədə 7 gün, 24 saat texniki dəstək.
AZERİN abonentləri arasında iqtisadiyyatın özəl və dövlət sektorlarının subyektləri, həmçinin çoxsaylı xarici şirkətlər və fərdi istifadəçilər mövcuddur.
 
Xidmətlərimiz
- İT sahəsində konsaltinq xidmətləri
- Elekton xidmətlərinin hazırlanması
- Dizayn və veb-saytların hazırlanması
- Sistemli inteqrasiya
- İnternet
- Hostinq



Sayt Azerin dizayn
studiyasında yaradılıb
Copyright © 2009 Azerin LLC
Ətraflı məlumat üçün bu
nömrəyə zəng vurun:
(+99412) 598-25-33