Ana səhifə

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

e-services



Justice for Khojaly

..............................................................




 

 Xəbərlər
 Bakıda İnternet İdarəçiliyi Forumu keçmişdir 10-11-2012 
Vint Cerf və Qalib Qurbanov


Cari ilin 05-09 noyabr tarixlərində Bakıda İnternet İdarəçiliyi Forumu (Internet Governance Forum) keçmişdir. Tədbirdə hökümətlərin, aparıcı beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, İnternet cəmiyyətinin və özəl şirkətlərin nümayəndələri iştirak etmişlər.

Forumda İnternetin təhlükəsizliyi və açıqlığı, qlobal şəbəkədə şəxsi həyatın toxunulmazlığı, İnternet trafikin filtrləşdirilməsi, İnternetdən istifadənin bloklanması və fərdi şəxslərin, qrupların və bütöv ölkələrin İnternetdən istifadə imkanından məhrum edilməsi üzrə tədbirlərin nəticələri kimi məsələlər müzakirə edilmişdir. Həmçinin söz azadlığı və innovasiyalar, müasir dünyada peşəkar və vətəndaş jurnalistikasının rolu barədə mövzulara toxunulmuşdur.

Tədbirlə əlaqədar “Google” şirkətinin vitse-prezidenti, “İnternetin atası” doktor Vinton Serf Bakıya səfər etmişdir. Forumun iş günlərində cənab Vinton Serf Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov tərəfindən qəbul edilmiş və geniş mətbuat konfransı keçirmişdir. Bundan savayı cənab V. Serf şəhərimizin görməli yerləri ilə tanış olmuş, İçəri Şəhər və televiziya qülləsinə baş çəkmiş, bulvarda və şəhərdə gəzinti etmiş, Azərbaycan çaxırlarının dequstasiyasında iştirak etmişdir.
Bütün bu günlər ərzində cənab V. Serfin Bakıda “Azərin” şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyətinin sədri cənab Qalib Qurbanov tərəfindən müşayiət edilməsi bizim üçün böyük şərəfdir.

ABŞ-a qayıdandan sonra  cənab Vinton Serf dərhal cənab Qurbanova elektron məktub yazaraq, göstərilən qonaqpərvərliyə, dostluğa və bəhrəli əməyə görə öz dərin minnətdarlığını bildirmişdir. Eyni zamanda cənab Serf əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə yenidən Bakıya gəlmək arzusunu ifadə etmişdir.


Sayt Azerin dizayn
studiyasında yaradılıb
Copyright © 2009 Azerin LLC
Ətraflı məlumat üçün bu
nömrəyə zəng vurun:
(+99412) 598-25-33